İnquşetiyada terrora hazırlaşan 6 silahlı məhv edilibbackend

İnquşetiyada terrora hazırlaşan 6 silahlı məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası İnquşetiya Respublikasının Karabulak ərazisində yaşayış binasında əməliyyat başa çatıb və 6 yaraqlı məhv edilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti-nin regional təhlükəsizlik güclərindəki mənbəsi bildirib.

“İlkin məlumatlara görə, toqquşma zamanı altı yaraqlı öldürülüb”, – deyə mənbə bildirib və əlavə edib ki, hazırda terrorçuların şəxsiyyəti müəyyənləşdirilir.

Xatırladaq ki, KTO-nun işə başlaması ilə bağlı mesajlar ötən gecə saat 19:30-da gəlməyə başlayıb. Silahlıların qarşısı Karabulakdakı yaşayış binalarından birində alınıb. Rusiya Federasiyası FSB-nin məlumatına görə, quldurlar terror cinayətləri törətməyi planlaşdırıblar və təslim olmaqdan imtina ediblər.