“İnşaatçılar” metrosunun ətrafı bazara çevirilib – FOTObackend

“İnşaatçılar” metrosunun ətrafı bazara çevirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayon, “İnşaatçılar” metrosunun dörd bir yanı bazara çevirilib.

NOCOMMENT.az xəbər verir ki, Ərazidə yaşayan sakinlər Qaynarinfo-ya bildirib ki, metronun bütün çıxış hissəsələrində bu cür ticarət köşkləri qoyularaq, meyvə-tərəvəz satışı həyata keçirilir.

Nəticədə bu, insanların maneəsiz hərəkətinə problem yaradır. Bu azmış kimi dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsinə təsir göstərir.

Digər bir tərəfdən axşamlar isə ərazi yığışdırılmasa, üfünət iyindən keçmək olmur.

Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidə, Əsəd Əhmədov küçəsində də eyni problemlər yaşanır.