İnsan alverində günahlandırılan qadınla bağlı qərarı ləğv edildibackend

İnsan alverində günahlandırılan qadınla bağlı qərarı ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnsan alverində təqsirləndirilən Y.Qəhrəmanovanın barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti qismən təmin edilib, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qismən ləğv olunub, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
İttihama görə, Y.Qəhrəmanova dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə bacısı ilə razılaşıb cinayət əlaqəsinə girib. O, zərərçəkmiş G.H. (şərti) ilə Tovuz rayonu, Qovlar şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb, onu Türkiyənin Bursa şəhərində olan tikiş sexlərinin birində yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadıb. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin razılığını aldıqdan sonra bütün yol xərclərini ödəyərək onu 11 dekabr 2016-cı il tarixdə Azərbaycan dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Bursa şəhərinə aparıb, orada kirayə götürdüyü mənzildə yerləşdirib və 16 dekabr 2016-cı il tarixdən 6 yanvar 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin (CM) 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub, CM-in 144-3.4-cü maddəsi ilə isə Y.Qəhrəmanovaya bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək, onun cəzasının ağırlaşdırılmasını istəyib. Gəncə Apellyasiya Məhkəməsi apellyasiya protestini qismən təmin edib, hökm dəyişdirilib və qadına şərti cəza verilib. Bu qərardan da dövlət ittihamçısı narazı qalaraq kassasiya protesti verib. O, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdi.
Kamal Məmmədov