İnsanlar bu iki yaş dövründə qəfil qocalır – ARAŞDIRMAbackend

İnsanlar bu iki yaş dövründə qəfil qocalır – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsanın yaşlanma prosesində 44 və 60 yaşların əhəmiyyətinin çox olduğu məlum olub.

 

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin Stenford Universitetinin tədqiqatçıları apardıqları təcrübələr nəticəsində bu qənaətə gəliblər.

 

Əldə edilən məlumata görə, yaşlanma prosesi sabit bir sürətlə irəliləmir. Belə ki, insan 44 yaşında ilk dəfə, 60 yaşında isə ikinci dəfə qəfil qocalır. Yəni bu yaşlarda qocalma prosesi sürətlə gedir.

 

Qeyd edək ki, tibbi-bioloji faktorlara nəzər saldıqda, miktobilojik dəyişikliklər, ürək-damar xəstəlikləri, əzələ-skelet-sistemi problemləri ən çox bu iki yaşda peyda olur.