İnsanlar niyə vatsapı silirlər?backend

İnsanlar niyə vatsapı silirlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur mesajlaşma proqramlarından biri vatsapın son qərarı bir çox insanlar arasında narazılığa səbəb olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, vatsapın təhlükəsizlik prinsiplərində etməyə çalışdığı son dəyişiklikdən sonra Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan başda olmaqla bir çox insan həmin tətbiqdən imtina edib.

Şirkətin ən çox narazılığa səbəb olan yeni qərarları aşağıdakılardır:

1. Vatsap artıq, istifadəçilərinin kontaktlarına daxil olub onun sosial çevrəsi barədə məlumatlar əldə edəcək.
2. İstifadəçi haqqında məlumatlar və məkan bilgiləri digər tətbiqetmələrlə paylaşılacaq.
3. Şəxsi görüntülərlə, digər sənədlər hazırlanıb uzun müddət vatsapın arxivində saxlanılacaq.

Burada bir sual ortaya çıxır. vatsap bunları daha əvvəl də etmirdimi və ya edə bilmirdimi? Təbii ki, bu qərarların daha əvvəldən tətbiqi rahat şəkildə mümkün idi. Telefonlara yüklənən ən sadə proqramlar belə kontaktlara, kameraya, qalareyaya giriş icazəsi istəyir, verilmədikdə həmin tətbiqdən istifadə mümkün olmur. Vatsap sadəcə olaraq bu qərarların tətbiq edilməsini qanuniləşdirmək istəyir.

Bəhs edilən qərarın hələlik Avropa ölkələrinə aid edilməyəcəyi vurğulanıb. Vatsapın bu qərardan imtina edib-etməyəcəyi isə hələlik bilinmir.