AXP sədrinin müavini Qiyas Sadıqov Müsavat Partiyasını sərt tənqid edib.
NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.
“Müsavat Partiyasının üzvləri hansı ideologiyanın daşıyıcılarıdır? Deməyin ki, Müsavatın. Onda insanların inanclarını aşağılayan, müqəddəs hesab etdiklərini tənqid edən, islama qarşı “Səlib yürüşü” açanların Müsavat Partiyasında nə işi var? Bunlar Müsavat Partiyasına nə verə bilərlər? Kin, qəzəb, nifrət… Hörmətli Müsavat Partiyasının üzvləri, niyə görməzdən gəlirsiniz?”, – deyə Qiyas Sadıqov bildirib.