İnsanların rayona getmək arzusu ilə bağlı TƏBİB-dən açıqlamabackend

İnsanların rayona getmək arzusu ilə bağlı TƏBİB-dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müraciətlər çox olur ki, rayonlara getməyə hansısa şərtlər əsasında icazə olsun. Lakin hər hansı şəxs özünü sağlam hiss edib Bakıya gələn və ya burdan gedərkən kimisə yoluxdura bilər. Tarix boyu epidemiyalara qarşı ilk silah karantin rejiminin tətbiqidir”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri ibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Y.Qarayeva bildrib ki, epidemioloji vəziyyət nəzərə alınaraq bu gün kimsəni riskə atmamaq üçün bu istiqamətdə qərar verilə bilməz.

TƏBİB rəsmisinin sözlərinə görə Azərbaycanın bütün bölgələrində çalışan tibb işçiləri arasında yoluxmalar var.

O ölkəyə gələn həkimlərin də bu işdə  tibb işçilərinə xüsusi dəstək olacağını da qeyd edib.