“Instagram”ın yaradıcıları yeni tətbiqlə qayıdırlarbackend

“Instagram”ın yaradıcıları yeni tətbiqlə qayıdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dörd il əvvəl işdən ayrılan “Instagram” yaradıcıları Kevin Sistrom və Mayk Kriger yeni proqramla geri qayıdırlar.

NOCOMMENT.az xəbər verir ki, yeni tətbiqdə bu dəfə fotolar yox, xəbər lentləri və məqalələr var.

Çərşənbə axşamı Kevin Sistrom və Mayk Kriger süni intellektlə təchiz edilmiş “fərdiləşdirilmiş xəbər lentləri” vəd edən “Artifact” proqramının istifadəyə verildiyini elan etdilər.

Kriger “İnstagram” səhifəsində Sistromla birlikdə tətbiqi işə salmaq üçün bir ildən çox “istedadlı komanda ilə işlədiklərini” söylədi.

Bildirilib ki, “Instagram”dan fərqli olaraq, proqramda fotoşəkillərdən daha çox məqalələrə yer verilir.