“Instagram” “Twitter”ə RƏQİB OLURbackend

“Instagram” “Twitter”ə RƏQİB OLUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təqdim olunan sənədlərə görə, “Instagram” iyun ayında “Twitter” ilə rəqabət aparan öz mətn əsaslı tətbiqini təqdim etməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, “Bloomberg”dəki xəbərə görə, “Instagram”, “Facebook” və “WhatsApp”-ın ana şirkəti olan “Meta”, “Twitter”ə rəqib olan məhsulu bəzi influnser və məzmun yaradıcıları ilə sınaqdan keçirməyə başlayıb.

Keçən ilin mart ayında Meta milyarder İlon Maska məxsus “Twitter” ilə rəqabət aparmağı hədəfləyən yeni mətn əsaslı qeyri-mərkəzləşdirilmiş sosial şəbəkənin istifadəyə verildiyini elan edib.

Bu elan, P92 kod adlı layihənin müstəqil bir proqram olaraq hazırlanacağını və istifadəçilərin Instagram etimadnamələrindən istifadə edərək layihəyə daxil ola biləcəyini bildirən hesabatdan sonra verilib.

“Meta”nın bu addımındakı məqsədi Maskın ələ aldıqdan və platformanın bəzi qaydalarını dəyişdirdikdən sonra alternativ axtaran bəzi “Twitter” istifadəçilərini cəlb etməkdir.

NOCOMMENT.AZ