Hal-hazırda internet vergi idarəsinin e-taxes.gov.az platformasında müvəqqəti problemlərin olmasına baxmayaraq, artıq 3 gündür ki, problemlər hələ də öz həllini tapa bilmir. Vergi ödəyicilərinin İnternet vergi idarəsinin E-taxes.gov.az platformasında (e-bəyannamə bölməsində) nə baş verir?
Bu barədə NOCOMMENT.az saytına vergi ödəyiciləri müraciət ediblər. Şikayətçilər bildirirlər ki, bu problemlərin də riskləri “vergi ödəyicilərinin, sahibkarların biznes qəralarına tərəddüdlük və maliyyə itkilərinə məruz qalma ilə nəticələnə bilər.
Azərbaycan Respublikasınınn Vergi Məcəlləsinin 3.10-cu maddəsinə əsasən Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Çox təəssüf ki, hal hazırki problemlər sahibkarların fəaliyyətinə və onların biznes qərarlarına hədsiz dərəcədə mane olur. Ona görə ki, mühasiblər şəxsi hesab vərəqəyə baxıb əmin ola bilmirlər ki, sahibkarlın hal-hazırda vergi, m.d.s.s. və icbari tibbi sığorta üzrə öhdəlikləri hansı vəziyyətdədir.
Qeyd edək ki, hətta 195-1 Çagri Mərkəzidə dəqiq məlumat vere bilmir. Bu problemlərin aradan qaldırılması ilə bağlı dəqiq məlumatlar yoxdur.
Nazirliyin mətbuat xidməti ilə əlaqə yaratmaq cəhdlərimiz uğursuz oldu. Qarşı tərəfin yaranmış məsələ ilə bağlı mövqeyini işıqlandırmağa hazırıq.