“İnterpol” tərəfindən axtarışa verilən azərbaycanlı Norveçdə saxlanıldıbackend

“İnterpol” tərəfindən axtarışa verilən azərbaycanlı Norveçdə saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnterpol” tərəfindən axtarışa verilən azərbaycanlı Norveçin paytaxtı Osloda saxlanılıb.

NOCOMMENT “Report”a istinadən xəbər verir ki, Norveç polisi sərhəddə Azər Kazım adlı azərbaycanlının sənədlərinə baxış keçirib.

O, İsveçdən Norveçə getməyə cəhd göstərib.

Sənəd yoxlaması zamanı məlum olub ki, A.Kazımın adı Azərbaycanın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında İnterpolda axtarılanlar siyahısındadır.

Oslo polisinə təhvil verilən azərbaycanlının məhkəməyə çıxarılacağı gözlənilir.