İnterpolla aradığımız Araik Xocalıya gəld  – Burada 400 mənzil tikdirir – FOTObackend

İnterpolla aradığımız Araik Xocalıya gəld – Burada 400 mənzil tikdirir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənzillər Azərbaycan ordusunun 44 günlük müzəffər savaşı zamanı Xocavənd rayonunun Böyük Taglar kəndindən könüllü köçkün erməni ailələrinə veriləcək…”

Qarabağdakı separatçı xunta qalıqlarının oyuncaq başçısı Araik Arutyunyan avqustun 14-də Xocalıya gələrək buradakı mənzil tikintisi işləri ilə tanış olub.

NOCOMMENT.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni nəşrləri məlumat yayıb.

Azərbaycan Respublikasının hələlik Rusiya hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni rejimi tör-töküntülərinin nəzarətində qalan Xocalı şəhəri ərazisində 400-dən çox yeni mənzil tikilməsi planlaşdırır.

Məlumatda deyilir:

“Yaşayış məhəllələrindən birində “Hayastan” ümumerməni fondunun vəsaiti hesabına 8 tikinti təşkilatının iştirakı ilə 180 mənzilli 15 bina tikilir. Yaşayış sahəsinin 2022-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır”.

Xəbərdən bəlli olur ki, məhəllədəki mənzillər Azərbaycan ordusunun 44 günlük müzəffər savaşı zamanı Xocavənd rayonunun Böyük Taglar kəndindən könüllü köçkün erməni ailələrinə veriləcək.

“Qanunsuz “şəhərsalma naziri” sayılan Aram Sarkisyan binaların 2, 3 və 4 otaqlı mənzillərə malik olacağını söyləyib. “Onun sözlərinə görə, artıq 11 binanın inşasına başlanılıb və yaxın günlər ərzində daha 4 binanın tikintisinə başlanacaq”.

Məlumata görə, A.Arutyunyan yaxınlıqdakı sahədə Xocavənd rayonunun Ağoğlan(keçm. Hadrut) qəsəbəsi yaxınlığındakı digər məntəqələrdən köçmüş ermənilərə verilmək üçün eyni tipli daha 10 çoxmənzilli binanın da inşasına başlamağı tapşırıb.

“Araik Arutyunyanın ziyarət etdiyi ikinci məhəllə də “Hayastan” fondu hesabına tikilir. 120 ailə üçün nəzərdə tutulmuş məhəllə tamamilə fərdi, həyət evlərindən ibarət olacaq. Tikinti 6 şirkət tərəfindən aparılır. İkinci məhəllənin də 2022-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır”.

Məlumatda deyilir ki, buradakı evlər 27 ildən çox qanunsuz məskunlaşdıqları Ağdam rayonunun Şelli kəndindən köçmüş ermənilərə veriləcək.

“Hər iki yaşayış massivi lazım olan bütün infrastrukturla – uşaq bağçaları, oyun meydançaları, parklar, məktəb binası və s. ilə təchiz olunacaq” –erməni mənbələrinin yaydığı məlumatda belə deyilir.

Xatırladaq ki, Araik Arutyunyan 2020-ci ilin oktyabrından Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.

Moderator.az