İnterpolun axtardığı daha bir “qanuni oğru” Türkiyədə TUTULDUbackend

İnterpolun axtardığı daha bir “qanuni oğru” Türkiyədə TUTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriminal dairələrdə Teko Tbilisski kimi tanınan 51 yaşlı “qanuni oğru” Teymuraz Faroyan Türkiyədə saxlanılıb.

NOCOMMENT.az lent.az-a istinadən xəbər verir ki, o, 2020-ci ildən Moskvanın Cənub-Qərb İnzibati Dairəsinin Daxili İşlər İdarəsi tərəfindən cinayət iyerarxiyasında yüksək vəzifə tutma maddəsi ilə beynəlxalq axtarışa verilib.

Məlumata görə, Teymuraz Faroyana 1992-ci ildə vətənində Dato Caparidze və Lolo Xaçaturov “tac qoyub”.

Teko beş dəfə, o cümlədən bir dəfə Tbilisidə silah, dörd dəfə isə Moskvada narkotik ittihamı ilə məhkum edilib. Teko sonuncu dəfə 2018-ci ildə Verxneuralsk həbsxanasından azad edilib.

Hazırda “qanuni oğru” Antalya miqrasiya mərkəzində Rusiyaya deportasiyasını gözləyir.