İntihar edən qazi ilə bağlı AÇIQLAMAbackend

İntihar edən qazi ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbrayıl rayon İcra Hakimiyyəti Vətən müharibəsi qazisi Firudin Firudinlinin intihar etməsinə münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, icra başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva axar-a açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib.

“Məsələdən xəbərdarıq, lakin qazi bizə müraciət etməyib. Bizim bu vaxta kimi o qazi ilə heç bir problemimiz də olmayıb”, – deyə F.İbayeva bildirib.

Qeyd edək ki, Firudin Firudinli “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdu.