İntihardan öncə Elvin deputatdan nə xahiş etmişdi? – FOTObackend

İntihardan öncə Elvin deputatdan nə xahiş etmişdi? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis sədrinin müavini Adil Əliyevlə birlikdə Vətən müharibəsi qazisi Elvin Cəfərovun yas mərasimində iştirak etmək üçün hazırda Sabirabad rayonundayıq.

NOCOMMENT xəbər verir ki, bu sözləri Sabirabadın deputatı Kamal Cəfərov sosial şəbəkə hesabında qeyd edib.

“Elvin Cəfərovun intiharı hər birimizi dərindən sarsıtdı. Qurban bayramı günü digər qazilərimizlə birgə Elvinlə də görüşmüşəm, bayramlaşmışıq (Fotosu təqdim edilir). Görüşdə ailə üzvünün məktəbdə işə qəbulu ilə bağlı xahiş etdi. Görüşdən sonra Elvin mənimlə bir daha əlaqə saxlayaraq, dayısı oğlunun da bank sektorunda işə düzəlməsini xahiş etdi, dayısı ilə də danışmışam.

Elvinin anası Rüqəyyə xanımı da yaxşı tanıyıram. Elvinin evinə də getmişəm. Elvin özü də Milli Məclisdə olub”, – deyə o bildirib.