İntim videoları yayılan FHN zabitinin məhkəməsində zərərçəkmiş qadın ifadə veribbackend

İntim videoları yayılan FHN zabitinin məhkəməsində zərərçəkmiş qadın ifadə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Zaur Mirzəyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Prosesdə zərərçəkmişlər və şahid qismində dəvət olunan şəxslər də iştirak ediblər.

Zərərçəkmiş qadınlardan biri qısa ifadə verib.

Məhkəmənin növbəti iclası 2023-cü ilin yanvar ayında keçiriləcək.

Qeyd edək ki, Z.Mirzəyev bu ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.