İnvestorların Almaniya iqtisadiyyatına inamı son bir ildə ilk dəfə olaraq pisləşib. İyulda biznes güvən indeksi bir ay əvvəl 47,5-dən 41,8-ə düşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg ZEW tədqiqat institutunun məlumatlarına istinadən məlumat yayıb.
ZEW prezidenti Axim Vambax qeyd edib ki, bu dinamika regionda iqtisadi perspektivlərin pisləşməsi ilə bağlıdır. May ayının nəticələrinə görə, Almaniyanın ixracı gözləniləndən çox azalıb. Bundan əlavə, ECB-nin pul siyasətinin gələcəyi son dərəcə qeyri-müəyyən olaraq qalır, ekspert qeyd edib.
Ötən həftə Almaniya hökuməti ölkədə hüquqi şəxslərin müflisləşməsinin sayının artması probleminin real miqyasını gizlətməkdə ittiham edilib. Berliner Zeitung-a müsahibə verən ekspertlər vəziyyətin Almaniya İqtisadiyyat Nazirliyinin dediyindən qat-qat ciddi olduğuna əmindirlər. Almaniyanın Creditreform kredit agentliyinin məlumatına görə, Almaniyada 6 ayda iflasların sayı artıq on illik rekorda çatıb.