KoronaVirus İnformasiya Portalı
İordaniya Azərbaycanın təqdim etdiyi informasiyanı araşdırırbackend

İordaniya Azərbaycanın təqdim etdiyi informasiyanı araşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordaniya bazar ertəsi Azərbaycanın Xarici İşlər Nazirliyində krallığın bu ölkədəki səfirinə təqdim edilmiş informasiyanı tədqiq etdikdən sonra rəsmi cavab verəcək.

NOCOMMENT-in məlumatına görə, bu barədə TASS-a İordaniyadakı diplomatik mənbə bildirib.

“Cavab diplomatik təcrübəyə uyğun olaraq informasiyanın öyrənilməsindən və rəsmi Əmmanla Bakı arasında əməkdaşlığın yaxşı münasibətlərinin saxlanılması üçün hazırlanacaq”, – deyə müsahib bildirib.

O, digər təfərrüatları açıqlamayıb.

Ermənistanla Azərbaycan arasındakı münaqişəni şərh edən diplomat vurğulayıb ki, “İordaniya münaqişənin müharibə ilə deyil, danışıqlarla həll yolu ilə çıxış edərək ölkələr arasındakı problemin beynəlxalq qətnamələr və BMT Nizamnaməsi çərçivəsində nizama salınması üzrə səyləri dəstəkləyir”.

Xatırladaq ki, bu gün İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Xarici İşlər Nazirinin müavini Araz Əzimov ilə səfir Sami Abdulla Goşeh arasında görüş keçirilib. Görüşdə A.Azimov İordaniya səfiri ilə bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə edib.