İordaniya Ermənistana silah satmadığını açıqlayıbbackend

İordaniya Ermənistana silah satmadığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordaniya hökuməti bu ayın əvvəlində Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmalar zamanı krallığın Ermənistana silah göndərməsi barədə yayılan məlumatları təkzib edib.

NOCOMMENT ərəb mətbuatına istinadən xəbər verir ki, Azərbaycanın Ammandakı səfiri Rasim Rzayev ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Daha əvvəl isə İordaniyanın Azərbaycandakı səfiri Sami Abdulla Goşeh Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmışdı. Görüş zamanı Xarici İşlər nazirinin müavini Araz Əzimov İordaniya səfiri ilə bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə etmişdi.