NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, BMT-də Qəzzada atəşkəslə bağlı səsvermə ərəfəsində İordaniya naziri Hollandiyanı de-fakto şantaj edərək ərəb ölkələrinin Ukraynaya dəstəyini dayandırmaqla hədələyib. Bu barədə Hollandiyanın NRC qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, səsverməyə bir neçə gün qalmış Hollandiyanın xarici işlər naziri Hanke Bryuinz Slot iordaniyalı həmkarı Ayman Safadiyə zəng edib. O bildirib ki, qətnamə layihəsi Qərb ölkələrinin maraqları nəzərə alınmaqla dəyişdirilib.
Konkret olaraq, “dərhal atəşkəs” ifadəsi “davamlı humanitar atəşkəs”lə əvəz edilib. O, Hollandiyanı İordaniyanın qətnaməsini dəstəkləməyə çağırıb.
Nəşrin məlumatına görə, nazir söhbətində bildirib ki, əks halda ərəb ölkələrindən Ukraynaya dəstək çətinləşəcək.
Əvvəlcə onun əleyhinə səs verməyi planlaşdıran Hollandiya sonda bitərəf qaldı.