“İPhone 13” smartfonunun qiyməti məlum olubbackend

“İPhone 13” smartfonunun qiyməti məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni seriyalı “iPhone” smartfonlarının qiyməti ötənilki qabaqcıl “Apple” modelləri səviyyəsində olacaq. Bu barədə “TrendForce” agentliyinin hesabatında deyilir.

NOCOMMENT.az bildirir ki, tədqiqat şirkətinin analitiklərinin fikrincə, “Apple” şirkəti payıza planlaşdırılan smartfonların qiymətini “iPhone 12” seriyalı qurğular səviyyəsində saxlamağa hazırlaşır. Belə ki, korporasiya bahalı qurğular bazarında payını qoruyub saxlamaq niyyətindədir. Qabaqcıl smartfonlar üçün bir sıra komponentlərin çatışmazlığı və bahalaşması qiymətqoymaya təsir göstərməyəcək. Bildirilir ki, “Apple” qurğuların istehsalı üçün xərcləri müvafiq servis və aksesuarların satışından gəlirlə kompensasiya edəcək.

Mütəxəssislər qeyd edib ki, “Apple” tərəfindən yeni seriyalı smartfonların adı hələ ki tam müəyyənləşdirilməyib. Blogerlərin məlumatına görə, yeni qabaqcıl modellər seriyası hələlik “iPhone 12 s” adlanır. “TrendForce” agentliyi qeyd edir ki, seriyanın ən ucuz qurğusunun qiyməti 699 dollar, əsas modifikasiyalı qabaqcıl modelin isə 1099 dollar təşkil edəcək.

Hesabatda, həmçinin smartfonların əsas texniki xüsusiyyətləri sadalanıb. Yeni seriyalı smartfonlar “OLED” ekranla təchiz ediləcək. Bununla yanaşı, ən bahalı modellər 120 giqahers yeniləmə tezliyini, “Apple A15” prosessorunu, kiçildilmiş ekran kəsiyini dəstəkləyəcək. / ictnews.az