iPhone ilə çimən qadını “tok” vurubbackend

iPhone ilə çimən qadını “tok” vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiyanın paytaxtı Dublin şəhərində 46 yaşlı Enn-Mari O’Qorman faciəvi şəkildə ölüb.

NOCOMMENT.az  xarici mediaya istinadla xəbərinə görə, üç uşaq anası çimərkən elektrik cərəyanı vurub. O, şarj cihazına qoşulmuş “iPhone”u əlində saxlayırmış.

Ölmüş arvadını əri aşkarlayıb. O, elektrik cərəyanını hiss edərək Enn-Marini sudan çıxarmağa çalışdığını deyib. Co “iPhone”u arvadının əlində və kabelini suda görüb. Tibbi ekspertiza ölümün səbəbinin elektrik cərəyanı olduğunu təsdiqləyib. Mütəxəssislər mərhumun döş qəfəsinin və sol qolunun yanıqlarını sənədləşdiriblər. Onların sözlərinə görə, üç uşaq anasının ölümünə digər sağlamlıq problemlərinin də təsir etdiyinə dair heç bir əlamət yoxdur. Narkotik və alkoqol üçün toksikoloji testlər də mənfi olub.