“iPhone” satışı azaldıbackend

“iPhone” satışı azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apple” şirkətinin 2019-2020-ci maliyyə ilinin iki rübü (ABŞ-da ikinci maliyyə rübü martın 28-də başa çatıb) üzrə xalis mənfəəti illik ifadədə 6% artaraq 33,4 milyard ABŞ dolları təşkil edib.

NOCOMMENT.az şirkətin hesabatına istinadən xəbər verir ki, “Apple”ın altı ay ərzində gəliri 5,5% artaraq 150,1 milyard ABŞ dollarına çatıb.

Bununla yanaşı, ikinci maliyyə rübündə “Apple”ın xalis mənfəəti 2,7% azalaraq 11,2 milyard ABŞ dollarına (satış 58,3 milyard ABŞ dolları olmaqla) bərabər olub. O cümlədən ikinci rübdə “iPhone” satışından əldə edilən gəlir 6,7% azalaraq 28,9 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda “Mac”ın satışlarından əldə olunan gəlir 3%, “iPad”inki isə 10% azalaraq müvafiq olaraq 5,3 milyard ABŞ dolları və 4,3 milyard ABŞ dolları olub.

“Apple Watch” və “AirPods”un daxil olduğu “Wearables”, “Home and Accessories” seqmentinin satışları 22,5% artaraq 6,2 milyard ABŞ dollarına, “Services” bölmələri isə 16,6% artaraq rekord həddə – 13,3 milyard ABŞ dollarına çatıb.

Xatırladaq ki, 2019-2020-ci maliyyə ilinin ilk rübündə “Apple” rekord rüblük gəlir (91,8 milyard ABŞ dolları) əldə etdiyini açıqlamışdı. Daha əvvəl “Bloomberg” agentliyi “Apple”ın dörd yeni smartfon buraxacağını, onların dizaynının “iPad” planşetlərinin son versiyalarına bənzəyəcəyini bildirib. “Report”