İpoteka kreditləşməsi üçün ən ciddi maneələr – Deputat bundan DANIŞDIbackend

İpoteka kreditləşməsi üçün ən ciddi maneələr – Deputat bundan DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2022-ci ildə ipoteka və kredit sənaye fonduna ayrılan vəsaitin həcminin 20 faiz artırılması və 200 milyon manata çatdırılması nəzərdə tutulub”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Modern.az -a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, ayrılan vəsaitin 95 milyon manatı güzəştli ipoteka kreditlərinin verilməsi üçün istifadə olunacaq:

“Bu baxımdan dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsi üçün ayrılan vəsaitin həcmində artımlar var və biz son illər bu artımı müşahidə etmişik. Bununla belə apardığımız təhlillər göstərir ki, ipoteka kreditləşməsi üçün ən ciddi maneələrdən biri məhz faizlərin, xüsusən də adi ipoteka kreditləri üzrə faizlərin hələ də yüksək olmasıdır. Belə ki, ipoteka kreditləri 8 faizdən təklif olunur. Nəzərə alsaq ki, uzun müddətli kreditdir. Bu halda vətəndaş kredit götürdükdən sonra həmin müddət ərzində kifayət qədər böyük məbləğdə vəsaiti əlavə olaraq ödəmək məcburiyyətində qalır. Ona görə də biz adi ipoteka kreditləri üzrə faiz dərəcələrinə baxılması və aşağı salınmasını təklif edirik”.

V.Bayramov bildirib ki, ipoteka isteqrazlarının yerləşdirilməsi faizi 3 faiz ətrafında dəyişir:

“Bu isə imkan verir ki, adi ipoteka kreditləri üzrə faizlərə baxılması və azaldılması mümkün olsun. Digər tərəfdən, sosial ipoteka, yəni güzəştli ipoteka kreditləri alan vətəndaşlarımızın dairəsinin genişləndirilməsi də daha məqsədəuyğun olardı. Xüsusən də, pandemiya dövründə həssas sektorlarda çalışanların həmin qrupa daxil edilməsi və onların da güzəştli ipotekadan istifadə imkanlarının yaradılması yaxşı olardı. Bu həm də bütövlükdə ipoteka alanlarının sayının artmasına və kateqoriyanın genişlənməsinə gətirib çıxara bilər”.