İpoteka və Kredit Zəmanət Fondu sabiq nazirdən dörd avtomobil alacaqbackend

İpoteka və Kredit Zəmanət Fondu sabiq nazirdən dörd avtomobil alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İpoteka və Kredit Zəmanət Fondu “Improtex Motors” şirkətindən dörd avtomobil alacaq.

NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, 360 min manat məbləğində olan satınalma müqaviləsi noyabrın 24-də tərəflər arasında bağlanılıb.

Şərtlərə görə, fondun alacağı avtomobillərin üçü komfort, biri isə biznes sinfinə daxil olacaq. “Improtex Motors” MMC 10 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 325 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 33-də yerləşir.

MMC-nin qanuni təmsilçisi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.