İpoxondriya sindromu nədir? – Həkim psixiatr Zaur Qasımovbackend

İpoxondriya sindromu nədir? – Həkim psixiatr Zaur Qasımov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış həkim psixiatr Zaur Qasımov ipoxondriya sindromu haqqında danışıb.

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov İpoxondriya sindromu nədir? sualına cavab verib.

Psixiatr Zaur Qasımov_vəsvəsə nədir

O qeyd edib ki, bir sıra hallarda bəzi şəxslər daxili orqanlarında xəstəliklərin olması şikayəti ilə həkimlərə müraciət edillər və aparılan müainələr nəticəsində məlum olur ki, bu şəxslərdə heç bir xəstəlik halı yoxdur. Lakin, həmin xəstələr ağrılarının davam etməsindən şikayətlənirlər.

Həkimin sözlərinə görə, belə hallarda həmin şəxslər israrla özlərini əməliyyat etdirməyə çalışırlar və “həmin nahiyyəm əməliyyat olsa ağrılardan canım qurtaracaq” adı ilə həkimləri razl salmağa çalışırlar:

“Nəticədə illərlə müxtəlif həkimlərin qəbulunda olurlar. Ən sonda həkim-psixiatra müraciət etsələr də özlərini psixi xəsdə kimi görmürlər. Şübhəsiz ki, hamıya məlum olan ipoxondriya sindromundan söhbət gedir”.

Həkim psixiatr Zaur Qasımov son olaraq qeyd edib ki, aparılan müayinələr nəticəsində heç bir ağrı, şikayət aşkar edilmədikdə həmin şəxslərin həkim-psixiatra müraciət etmələri məqsədə uyğundur.