İqlim böhranından ən çox zərər çəkən 10 ölkə – Hesabatbackend

İqlim böhranından ən çox zərər çəkən 10 ölkə – Hesabat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqlim böhranı ilə əlaqəli ekstremal hava hadisələri 1993-2022-ci illər arasında dünyada 765 mindən çox insanın həyatını itirməsinə səbəb olub.  

NOCOMMENT.az “Euronews”a istinadən xəbər verir ki, “Germanwatch”ın İqlim Risk İndeksində üç Avropa ölkəsi ekstremal hava şəraitinin yaratdığı insani və iqtisadi zərərlərə görə ən çox təsirlənən ölkələr arasındadır.

2006-cı ildən bəri nəşr olunan nəşrdə iqlim dəyişikliyinin fəsadlarını ölçən ən uzunmüddətli illik hesabatlardan biridir. Bu indeks ekstremal hava hadisələrinin dünya ölkələrinə təsirini təhlil edir.

2025-ci il buraxılışı göstərir ki, 1993-2022-ci illər arasında iqlim böhranı ilə bağlı ekstremal hava hadisələri dünyada 765 mindən çox insanın ölümünə səbəb olub. Həmçinin bu dövrdə 9.400-dən çox ekstremal hava hadisəsi qeydə alınıb və təxminən 4,2 trilyon dollar həcmində birbaşa iqtisadi itkiyə yol açıb.

Hesabata əsasən, iqlim böhranı ilə əlaqəli ekstremal hava hadisələrindən ən çox təsirlənən 10 ölkə bunlardır:  

1. Dominika
2. Çin
3. Honduras
 4. Myanma
5. İtaliya
6. Hindistan
7. Yunanıstan
8. İspaniya
9. Vanuatu
10. Filippin

Araşdırmaya görə, daşqınlar, fırtınalar, istilik dalğaları və quraqlıq ən çox zərər verən təbii hadisələrdir. Xüsusilə, daşqınlar insan itkilərinin yarısından çoxuna səbəb olub. Bundan əlavə, 2,3 trilyon dollarlıq iqtisadi itki ilə ən böyük maddi zərəri güclü fırtınalar yaradıb.\\Valyuta.az