İqlim dəyişikliyinin fəsadları Bakıya da çatdıbackend

İqlim dəyişikliyinin fəsadları Bakıya da çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki yüz ilə yaxındır Yer kürəsində davam edən iqlim dəyişikliyi özünün pik həddinə çatıb. İndi dünyanın üstünü alan təhlükə gündən-günə artan xətlə davam edir.

NOCOMMENT.az xəbər verir ki, planetin  müxtəlif regionlarını cənginə alan qasırğalar, leysan yağışları tez-tez  ciddi fəsadlar törədir. Məsələ burasındadır ki, iqlim dəyişkliyinin səbəb olduğu quraqlıq səbəbindən milyonlarla insan ziyan çəkir. Təbii fəlakətlərin tüğyan etdiyi son illərdə dəhşətli qasırğalar, su basmalar, daşqınların şahidi olmuşuq. Bir neçə gün əvvəl ABŞ-nin Florida ştatında “Milton” qasırğası  ciddi dağıntılar yaradıb.  Floridadakı  fırtına və tornadolar zamanı  16 nəfər həlak olub.  Təbii fəlakət çoxlu evlərin dağılması və  3 milyondan çox insanın işıqsız qalmasıyla nəticələnib. Bundan əvvəl “Helen” qasırğası da Floridada  ciddi dağıntılarla müşühidə olunub. “Helen” qasırğası  nə az, nə çox, düz 232 insanın həyatına son qoyub.

Fırtınanın vurduğu zərər sığorta şirkətlərinə 100 milyard dollardan çox  ziyan vurub.   Dünyanın başqa ölkələrində də təbii fəlakətlər ciddi fəsadlar törədib. Bu ilin əvvəlində Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Səduyyə Ərəbistanına leysan yağışları səbəbindən milyonlarla insan əziyyət çəkib. Güclü küləklə müşahidə olunan leysan həmin ölkələrdə infrastruktura ciddi ziyan vurmuşdu. Oktyabrın 21-dən 22-nə keçən gecə isə Bakıya güclü yağış  yağmağa başlayıb və bu dəfə ziyan çəkən  Azərbaycan paytaxtı olub. Bəzi yol ötürücüləri və tunelləri su basıb. Yağıntının normadan artıq düşməsi  paytaxtın kanalizasiya xətləri və drinaj sistemində çətinliklər yaradıb və nəticədə yollar, keçidlər su altında qalıb.