İsveçrənin xarici işlər naziri İqnazio Kassis TeleZüri-yə müsahibəsində deyib ki, Ukraynanın Rusiya ilə münaqişənin diplomatik yolla həllinə hazır olması üçün əzmkarlıq göstərmək lazımdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya ilə dialoqda qalmaq vacibdir, çünki onsuz “sülh olmayacaq”.
“Buna görə də biz Ukraynanın bu addımı atmağa hazır olduğu və diplomatik həllin tapılması istiqamətində irəliləməyə çalışdığı ana qədər səbr etməliyik”, – məlumatda bildirilir.