NOCOMMENT.az Türkiyə mətbuatına istinadən bildirir ki,Vivo-nun törəmə şirkəti iQOO, iQOO 12 Pro modelinin texniki xüsusiyyətlərini açıqlayıb.Telefon Samsung tərəfindən istehsal olunan E7 AMOLED ekranı, Qualcomm Snapdragon 8 Gen 3 prosessoru və 144 Hz yeniləmə sürəti kimi yüksək səviyyəli xüsusiyyətlərə sahib olacaq.
Bundan əlavə,əhəmiyyətli bir performans yüksəlişi qazanacaq çipset, 3.7GHz sürətlə Cortex-X4 nüvəsinə sahib olacaq. Eyni zamanda, prosessorun əsas arxitekturasında dəyişikliklər gözlənilir.