İqor Dodon: “Ukrayna artıq Avropa İttifaqı ölkələri üçün təhlükə mənbəyinə çevrilib”backend

İqor Dodon: “Ukrayna artıq Avropa İttifaqı ölkələri üçün təhlükə mənbəyinə çevrilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hakimiyyəti Avropa İttifaqı (Aİ) üzv dövlətləri üçün təhlükə mənbəyinə çevrilir, halbuki onların liderləri bu ölkəyə təhlükəsizlik zəmanətlərini müzakirə edirlər.

NOCOMMENT.az xəbər verir ki, bu fikri TBC-21 telekanalının efirində Moldovanın Sosialistlər Partiyasının sədri, müxalif siyasətçi İqor Dodon bildirib.

Onun sözlərinə görə, Ukrayna “Drujba” neft kəmərinə Macarıstanın Aİ-yə üzvlük məsələsindəki mövqeyinə cavab olaraq zərbələr endirdiyini etiraf edib. Dodon əlavə edib ki, son vaxtlar Kiyev və Varşava arasında münasibətlər də gərginləşib. Səbəb kimi Volın qırğını ilə bağlı tarixi ziddiyyətlər və Polşanın Banderaya aid simvollara sərt reaksiyası göstərilir.

“Almaniya. ‘Şimal axını’ qaz kəmərlərinin partladılması məsələsi hələ də həssas olaraq qalır və Ukrayna bu hadisələrin mümkün benefisiarı və ya iştirakçısı kimi nəzərdən keçirilir”, — deyə Dodon vurğulayıb.