İqor Dodonun saxlanıldığı yer ciddi qorunurbackend

İqor Dodonun saxlanıldığı yer ciddi qorunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın keçmiş prezidenti İqor Dodonun saxlanıldığı Kişineu şəhərindəki istintaq təcridxanasının mühafizəsi gücləndirilib.

NOCOMMENT xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, bir qrup şəxs həmin ərazidə “Dodona azadlıq!” şüarı ilə piket keçirib.

Xatırladaq ki, Moldovanın keçmiş prezidenti İqor Dodon mayın 24-də Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla 4 maddəsi ilə açılmış cinayət işi çərçivəsində 72 saatlıq saxlanılıb.