İqor Korotçenko: Paşinyan Kremldəki danışıqlarda özünü müftəxor kimi aparırbackend

İqor Korotçenko: Paşinyan Kremldəki danışıqlarda özünü müftəxor kimi aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan Kremldəki danışıqlarda özünü tərəfdaş kimi yox, müftəxor kimi aparır. Ondan soruşmaq istərdim: “İşləməyə çalışmısınız?”

NOCOMMENT.az xəbər verir ki, bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalında bildirib.

Ekspert ermənilərin işləmək istəklərinin olmamasından narazılığını dilə gətirib: “Boş-bekarlar kütləsi İrəvanda dolaşır, mitinqlər keçirir, işləmək istəmirlər. Rusiya isə onlara subsidiya, güzəştli kreditlər verməlidir, silah tədarük etməlidir, onların təhlükəsizliyini təmin etməlidir. Bəlkə, onlara sadəcə rus general-qubernatoru lazımdır?”
Report