Estoniyanın daxili işlər naziri İqor Taro etiraf edib ki, ölkənin təhlükəsizliyi ilə bağlı səbəblər olmadığı üçün Estoniya ilə Rusiya arasında müvəqqəti nəzarət xəttinin bağlanmasına ehtiyac yoxdur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ERR tele-radio şirkəti məlumat yayıb.
“Hazırda Estoniya Respublikasının təhlükəsizlik vəziyyəti ilə bağlı Rusiya ilə müvəqqəti nəzarət xəttinin bağlanmasını zəruri edən səbəblər mövcud deyil”, – ERR Taronun sözlərini sitat gətirir.
Nazir qeyd edib ki, nəzarət xətti ilə bağlı istənilən tədbirlər yalnız müəyyən addımlara konkret cavab olaraq qəbul edilə bilər.
Onun sözlərinə görə, sərhəd-keçid məntəqələri normal fəaliyyət göstərir, Rusiyadan Estoniyaya miqrasiya məhdudlaşdırılıb, həmçinin tam gömrük nəzarəti tətbiq olunub.