İqtisadçı: İrəvandan bir trilyon təzminat tələb ediləcək?backend

İqtisadçı: İrəvandan bir trilyon təzminat tələb ediləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan torpaqlarına dəyən ziyanın məbləği çox böyükdür. Bu məsələdə ölkəmizin Moldovadakı səfirinin səsləndirdiyi rəqəm özünü doğrulda da bilər.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı müsahibəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, ziyanın konkret məbləğini yalnız qiymətləndirmə aparıldıqdan sonra söyləmək mümkün olacaq: “Bununla bağlı fərqli qiymətləndirmələr var. Əvvəlki dövrlərdə də qiymətləndirmələr aparılıb, amma o zaman torpaqlarımız işğal altında idi. Ərazilərin “əvvəl” və “sonra” halları müqayisə edilə bilməzdi. İndi isə qiymətləndirmə daha dəqiq şəkildə aparılacaq. Məbləğ kifayət kədər böyükdür, videogörüntülərdən də görünür ki, şəhərlərimiz məhv edilib, dağıdılıb. Söhbət yalnız infrastrukturun, evlərin, inzibati və sosial binaların dağıdılmasından getmir, eyni zamanda meşə örtüyü tamamilə məhv edilib. Buna görə də rəqəmlər təsəvvür etdiyimizdən daha yüksəkdir”.

Ekspert vurğulayıb ki, ziyanın qiymətləndirilməsi zamanı beynəlxalq təşkilatların iştirakı olduqca vacibdir: “Ziyanın qiymətləndirilməsi metodologiyasından bəlli olur ki, beynəlxalq istitutların prosesə cəlb olunması ziyan dəymiş ölkənin beynəlxalq arenada mövqelərinin daha da gücləndirilməsi baxımından çox vacibdir. Ona görə də təbii ki, qiymətləndirmə aparılacaq və o rəqəmlər beynəlxalq məhkəməyə təqdim olunacaq”.