İQTİSADÇI: “Ölkədə qida inflyasiyası 10%-ə çatacaq”backend

İQTİSADÇI: “Ölkədə qida inflyasiyası 10%-ə çatacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qiymət artımı bir çox amillərlə bağlı ola bilər. Azərbaycanda yanacaq və daxili daşımalar bahalaşıb.

Bu barədə NOCOMMENT.az-a iqtisadçı Toğrul Maşallı danışıb.

“Məhsulların böyük bir hissəsi bu və ya digər formada idxaldan asılıdır. Həmçinin, dünya bazarında baş verən qiymət artımları da bizə təsir edir.

Rəsmi inflyasiya bizim ölkədə aşağı olsa belə, Dövlət Statistika Komitəsi son 2 ay ərzində artımın olmasını təsdiqləyib. Əvvəlki dövrlərlə müqayisədə ciddi artımlar var.

Dövlət Statistika Komitəsi

Hökumət də qeyd edirdi ki, il sonu inflyasiya ən azı 4-6% arası olacaq”.

Əhaliyə daha çox qida inflyasiyası təsir edir, çünki, əhalinin gəlirinin 50%-i qidaya xərclənir. Təxmini hesablamalara əsasən, ölkədə qida inflyasiyası 10%-ə çatacaq.

İqtisadçı qeyd edir ki, qida inflyasiyası əhalinin bütün qruplarına təsir edəcək. Əlbəttə, hər zaman olduğu kimi bu vəziyyət həssas qruplara daha çox təsir edəcək:

“Ət və unun qiymətinin artması bir sıra amillərdən asılıdır. Unun qiyməti bugün qalxdısa, çörəyin qiyməti 1-2 ay sonra qalxmalıdır.

qida, ərzaq

Azərbaycanda İnhisarçılıq və Oliqopoliyalar kimi bir çox digər amillər də mövcuddur. Nəticə etibarı ilə bu kimi problemlər bahalaşmaya səbəb olur”.

 Aişə Əbdülova