İqtisadiyyat Nazirliyi bu bölgələrin sahibkarlarına yenidən yardım edəcəkbackend

İqtisadiyyat Nazirliyi bu bölgələrin sahibkarlarına yenidən yardım edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə qərarına uyğun olaraq bəzi şəhər və rayonlarda muzdlu işçilərin əmək haqları üzrə müvafiq ödənişlər edəcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstərəcək.

Bu barədə NOCOMMENT-ə Operativ Qərargahdan bildirilib.

Xatırladaq ki, həmin qərarla 7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-a qədər Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində iş fəaliyyəti məhdudlaşdırılır.