İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildibackend

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.

NOCOMMENT-ə verilən məlumata görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Əvvəllər bu səlahiyyət ləğv edilmiş Vergilər Nazirliyində idi.