Baş bankir: Bəzi ekspert və hüquqşünaslar insanları çaşdırırlar

Baş bankir: Bəzi ekspert və hüquqşünaslar insanları çaşdırırlar

“Azərbaycanda bəzi bankların maliyyə vəziyyətinin pisləşməsi əlaqəli bizneslərlə bağlıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

Baş bankinin sözlərinə görə, bəzi ekspert və hüquqşunaslar insanları çaşdırırlar: “Morotorium elan edilməsi ilə bağlı qərarı tənzimləyici qurum deyil, məhkəmə verir. Məhkəmə də həmin qərarı Azərbaycan qanunvericiliyinə uyğun qəbul edir. Bundan kənara çıxıla bilməz və çıxılmır. Jurnalistlərin istinad etdiyi bəzi ekspert və hüquqşünaslar insanları çaşdırırlar”.