BP-də işləyən Azərbaycanlıların sayı açıqlanıb

BP-də işləyən Azərbaycanlıların sayı açıqlanıb

2020-ci ilin birinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 517 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BP şirkəti yaydığı məlumatda bildirir.

Məlumatda bildirirlir ki, 2018-ci ilin ortalarından şirkətin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.