Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,78% artaraq 1 barelə görə 65,9 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında oktyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,77% artaraq 63,24 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 0,39% artaraq 3,881 ABŞ dolları təşkil edib.