Dünya bazarlarında neft və təbii qaz ucuzlaşıb

Dünya bazarlarında neft və təbii qaz ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 1,27% azalaraq 1 barelə görə 29,60 dollar təşkil edib.

NOCOMMENT.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,35 % azalaraq 25,69 dollar təşkil edib.

Nyu Yorkun b əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,41% azalaraq 1,675 ABŞ dolları təşkil edib.