Dünya bazarlarında neft və təbii qazın qiyməti açıqlanıb

Dünya bazarlarında neft və təbii qazın qiyməti açıqlanıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,03% artaraq 1 barelə 71,72 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında oktyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,39% azalaraq 68,47 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, oktyabr çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,68% artaraq 4,443 ABŞ dolları təşkil edib.