İradə İbrahimova COVID-ə yoluxdubackend

İradə İbrahimova COVID-ə yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni İradə İbrahimova koronavirusa yoluxub.

NOCOMMENT.az xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkədə bildirib. İfaçı yeni fotosunu yayımlayaraq evdə müalicə olunduğunu deyib:

“COVID can aldığı, insanları nəfəssiz qoyduğu vaxtlarda mənə dəyib-dolaşmadı. Bunun üçün mən də çox əmək verdim. Yanıma yaxınlaşmamağı üçün çox səy göstərdim, amma olmadı. Həmişə ölməkdən yox, öldürməkdən, pis bir işə səbəb olmaqdan, insanların yaşam sevinclərini əllərindən almaqdan qorxmuşam.
Sevdiklərimdən uzaq, otağıma bağlı şəkildə sağlamlığıma dönəcəyim günləri sayıram. Bağlı qapının arxasından həyatın davam etdiyinin şahidi olmaq məni həm sevindirir, həm də düşündürür. Demək ki, mən olmayanda da həyat mənsiz öz axarında, gözəl bir şəkildə davam edir. Qabaqcadan xoş diləkləriniz, dualarınız üçün hər birinizə çox təşəkkür edirəm!

Sağlıq! Hər şeyin başı sağlıqdır! Gerisi təfərrüat!”

Qeyd edək ki, İradə İbrahimova uzun illərdir Türkiyədə yaşayır. O, iş adamı Ceyhun İzerlə ailəlidir. Sənətçinin İpek adlı bir qızı, Ali adlı bir oğlu var.