İran 65 vətəndaşını Sudandan təxliyə edibbackend

İran 65 vətəndaşını Sudandan təxliyə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında toqquşmaların baş verdiyi Sudandan 65 vətəndaşını təxliyə etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Sudandakı iranlıların təxliyəsi ilə bağlı açıqlama verib.

Sudanda hadisələrin başlanmasından bu yana nazirliyin bu ölkədəki 65 vətəndaşın təxliyəsi üçün lazımi tədbirlər gördüyünü bildirib.

İranlıların Xartumdan Port Sudana gətirildiyini qeyd edən Kenani, daha sonra Səudiyyə Ərəbistanının Ciddə limanına köçürüldüklərini qeyd edib.

Kenani İran vətəndaşlarının Səudiyyə Ərəbistanından İrana köçürülməsi üçün çalışdıqlarını bildirib.

NOCOMMENT.AZ