İran ABŞ-dan müdaxilə etməməyi tələb edibbackend

İran ABŞ-dan müdaxilə etməməyi tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran rəhbərliyi İsveç vasitəsilə İsrailə raket hücumu ilə bağlı ABŞ hakimiyyətinə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz ABŞ-a xəbərdarlıq etdik ki, kənara çəkilsin və müdaxilə etməsin”, – İranın xarici işlər nazirinin sözlərini “Tasnim” yazır.

Bundan əvvəl İsrailin İranın zərbələrinə “bir neçə gün” ərzində cavab verəcəyi məlum olub.