İran ABŞ-ı hədələyirbackend

İran ABŞ-ı hədələyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayaraq, Yaxın Şərqdə tələsik addımlar atacağı təqdirdə ABŞ-ı sərt cavabla hədələyib.

NOCOMMENT.az xəbər verir ki, onun mətnini İranın İSNA agentliyi yayıb.

“ABŞ-ın bölgədəki hər hansı fitnəsi Vyetnam və Əfqanıstanın taleyini onların başına gətirəcək “, – bəyanatda deyilir.

İranın Baş Qərargahı həmçinin Vaşinqtonu regionda sabitliyi pozmaq üçün İranın qonşularını İslam Respublikasına qarşı qeyri-dost hərəkətlərə təhrik etməkdə ittiham edib.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt İranla nüvə proqramı üzrə danışıqların düzgün istiqamətdə getdiyini bildirib. Onun sözlərinə görə, bu fikri ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı bildirib.