İran ABŞ-ni TƏHDİD ETDİbackend

İran ABŞ-ni TƏHDİD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümə axşamı Suriyanın şimal-şərqindəki Haseke şəhərində terror təşkilatı İŞİD-ə qarşı koalisiyaya aid obyektə İrana məxsus kamikadze pilotsuz uçan aparatının (PUA) hücumundan sonra 1 müqaviləli ABŞ əməkdaşının öldüyü, 1 müqaviləli və 5 ABŞ əsgərinin yaralandığı bölgədə fəaliyyət davam edir.

NOCOMMENT.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Xosrəvi hücumlarla bağlı açıqlama verib.

“İran terrorizmlə mübarizə və Suriyada sabit təhlükəsizliyin bərqərar olması üçün çox çalışıb və bu ölkənin sabitliyinə xələl gətirən istənilən hərəkətə qarşı çıxacaq. Suriyada İŞİD və terrorla mübarizə məqsədilə bu ölkə hökumətinin tələbi ilə yaradılmış bazalara hücum üçün istənilən bəhanəyə dərhal cavab veriləcək”, – deyə o bildirib.

NOCOMMENT.AZ