İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi BBC-yə müsahibəsində ABŞ-la ballistik raketlər mövzusunun müzakirə olunmayacağını bildirib. Onun sözlərinə görə, bu məsələnin, həmçinin İranın regiondakı silahlı qruplaşmalara dəstəyi ilə bağlı bəndin istənilən razılaşmaya daxil edilməsi ABŞ rəsmiləri, o cümlədən Marko Rubio tərəfindən dəfələrlə vurğulanıb.
NOCOMMENT.az xəbər verir ki, yüksək rütbəli diplomat ABŞ prezidentinin ziddiyyətli açıqlamalarından da narahatlığını ifadə edib. O qeyd edib: “Biz eşidirik ki, onlar danışıqlarda maraqlıdırlar. Bunu açıq şəkildə bildiriblər, Oman vasitəsilə şəxsi söhbətlərdə də bu məsələlərin sülh yolu ilə həllində maraqlı olduqlarını deyiblər”.
Taxt-Rəvançi ABŞ-nin regionda hərbi gücünü artırmasını da şübhə altına alaraq xəbərdarlıq edib ki, yeni bir müharibə “hamı üçün travmatik və zərərli olacaq, xüsusilə də bu aqressiyanı başladanlar daha çox zərər görəcək”.
Regionda yerləşdirilmiş 40 mindən çox ABŞ hərbçisi ilə bağlı suala cavab verən Taxt-Rəvançi deyib: “Bu, tamamilə başqa bir oyun olardı. Biz ümid edirik ki, bu məsələləri diplomatik yolla həll edə biləcəyik, baxmayaraq ki, buna 100 faiz əmin deyilik”.













