İran ABŞ-yə şərt qoydu: “Danışıqlar üçün…”backend

İran ABŞ-yə şərt qoydu: “Danışıqlar üçün…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Məsud Pezeşkian Amerika Birləşmiş Ştatları ilə diplomatik təmasların bərpası üçün rəsmi Vaşinqtonun qarşısında konkret tələblər irəli sürüb. O, ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər fonunda hər hansı bir dialoqun mümkün olmadığını kəskin şəkildə ifadə edib.

NOCOMMENT.az xəbər verir ki, “Press TV” telekanalının yaydığı məlumata görə, Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə apardığı telefon danışığı zamanı danışıqların yenidən başlaması üçün ABŞ-ın bütün maneələri aradan qaldırmalı olduğunu vurğulayıb. İran tərəfinin əsas tələbi ölkənin limanlarına və gəmilərinə qarşı tətbiq edilən dəniz blokadasının dərhal dayandırılmasıdır.

“İslam Respublikası təzyiq, təhdid və ya blokada altında ona zorla qəbul etdirilən danışıqlarda iştirak etməyəcək”, – deyə Pezeşkian bəyan edib.

Bu çıxış Donald Trampın “Truth Social” vasitəsilə iranlılara ünvanladığı “sadəcə zəng edin” çağırışına və ABŞ Hərbi Dəniz Qüvvələrinin son günlərdə İran tankerlərinə qarşı həyata keçirdiyi əməliyyatlara cavab kimi qiymətləndirilir. Tehran tərəfi nümayiş etdirir ki, Vaşinqtonun “maksimum təzyiq” siyasəti davam etdiyi müddətcə heç bir səmimi diplomatik irəliləyiş gözlənilməməlidir. Analitiklər hesab edir ki, bu bəyanat Pakistanın vasitəçilik səylərinin də hazırda dalana dirəndiyinin göstəricisidir.

Sara